Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter təlimi “Google+” şəbəkəsindəki şəkillərin təsvir ölçüsünü yaxşılaşdırıb


“Google+” sosial şəbəkəsi kompüter təlimi metodlarının köməyi ilə yüksək təsvir ölçüsünə malik şəklin bərpasına imkan verən “RAISR” texnologiyasından istifadəyə başlayıb.

Təsvir ölçüsünün artırılması texnologiyaları internet trafikinə qənaət məqsədilə istifadə olunur, ancaq piksellərin əlavə edilməsi hesabına şəklin bərpası daimi filtr yığımından istifadə edir ki, bu da yüksək təsvir ölçüsünə malik yekun şəklin bulanıq alınması ilə nəticələnə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, “Google” şirkəti alternativ kimi kompüter təliminin köməyi ilə yüksək təsvir ölçülü təsvirlərin bərpasına imkan verən “RAISR” texnologiyası hazırlayıb. Sözügedən texnologiyanın 2016-cı ildə təqdim edilməsinə baxmayaraq, “Google+” sosial şəbəkəsində onun tətbiqi haqda yalnız indi məlum olub.

Tərtibatçıların sözlərinə görə, “RAISR” texnologiyası ənənəvi təsvir ölçüsünün artırılması metodlarından 10-100 dəfə daha sürətli işləyir. Alqoritm hər həftə milyarddan çox şəkil emal edir, amma hələ ki, bəzi “Android” qurğularla istifadə olunur.

Emil Hüseynov





18/01/17    Çap et