Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlama səbəbini açıqlayıb


“Samsung” korporasiyasının Seulda yerləşən mənzil-qərargahında keçirilmiş mətbuat konfransında “Galaxy Note 7” smartfonlarının partlama səbəbi açıqlanıb.

“Samsung” şirkətinin rəsmisi bildirib ki, şirkət “Galaxy Note 7” smartfonlarını satışa çıxarmazdan öncə mümkün problemləri aradan qaldıra bilmədiyi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Belə hadisənin təkrarlanmaması üçün kənar konsultant və ekspertlərdən ibarət işçi qrup yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin mühəndisləri müstəqil təşkilatların mütəxəssisləri ilə birgə nasazlığın səbəbini müəyyənləşdirmək üçün 200 mindən çox qurğu və 30 min akkumulyatoru araşdırıblar. Araşdırma gedişində məlum olub ki, akkumulyatorların layihələşdirilməsi və qurğuların yığılması üzrə texnoloji prosesdə buraxılmış səhvlər nasazlıq yarada bilər.

Xatırladaq ki, “Galaxy Note 7” smartfonları 2016-cı ilin avqustunda satışa çıxarılıb. İki ay sonra qeydə alınan çoxsaylı partlama səbəbindən “Samsung” korporasiyası öncə sözügedən smartfonun satışlarını, sonra isə istehsalını dayandırıb.

Emil Hüseynov





23/01/17    Çap et