Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qrafen müqaviməti sıfıra bərabər materiala çevrilib


Kembric Universitetinin tədqiqatçıları qrafeni yüksək keçiriciyə - müqavimət qabiliyyəti sıfıra yaxın materiala çevirməyə nail olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, müasir elm üçün qeyri-adi olmayan yüksək keçiricilik əvvəllər effektli olmaq üçün aşağı temperatur tələb edib. Aparılan eksperimentdə başlıca inqilabi amil yüksək keçiricilik zamanı materialın normal temperatur halında qalması olub.

Məlumata görə, aşağı müqavimətli keçiricilər iş prosesində çoxlu enerjini istiliyə çevirməməyə imkan verəcək ki, bu da universitet alimlərinin layihəsinə iş üçün soyutma tələb etməyən çiplər hazırlamağa şərait yaradacaq.

Bundan əvvəl mütəxəssislər qrafenin yüksək keçirici ola biləcəyini düşünürdülər. Belə ki, ötən il eksperimentlər zamanı qrafenin yüksək keçiricilik xüsusiyyətləri kalsium atomları əlavə edilməklə aktivləşdirilib. Lakin alimlərin sözlərinə görə, bu, materialın digər xüsusiyyətlərinin dəyişməsinə səbəb olub. Bu dəfə isə yüksək keçirici rolunda qrafen və mis oksidli prazeodim serium çıxış edir.

Qrafenlə əlaqədar digər əksər layihələr kimi, ilkin mərhələdə olan texnologiya işləkdir və nəzəri baxımdan elektronika dünyasında böyük dəyişikliklərə səbəb ola bilər.

Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Nizam Nuriyev 





23/01/17    Çap et