Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG G6” smartfonunun təqdimat vaxtı açıqlanıb


Cənubi Koreyanın elektronika nəhəngi “LG Electronics” şirkətinin yeni qabaqcıl “LG G6‍” smartfonunun rəsmi təqdimatı fevralın 26-da Barselonada (İspaniya) “Mobile World Congress 2017” sərgisi çərçivəsində keçiriləcək. Bu barədə “LG Mobile” şirkətinin rəsmi “Twitter” səhifəsində deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin bəyanatına görə, yeni smartfon təsvir ölçüsü 1440 x 2880 piksel (format QHD+) təşkil edəcək 5,7 düym displeylə təchiz olunacaq və bununla 1 düym üçün piksel sıxlığı 564 pikselə bərabər olacaq.  

“LG” mühəndislərinin sözlərinə görə, istehsalçı qənaətcil olacaq ekranın enerji sərfiyyatını 30 faiz azaltmağa nail olub.

Məlumdur ki, Cənubi Koreya istehsalçısı “LG G6” smartfonunun satışa çıxarılma tarixini tezləşdirərək yeni qurğusunun təqdimatını təxirə salan “Samsung” şirkətinin timsalında rəqiblərini geridə qoymaq istəyir.

Nizam Nuriyev 





23/01/17    Çap et