Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  27.01.2017-ci il tarixdə saat  12:00-da Sumqayıt şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Sumqayıt şəhərində                 018 6554599
Abşeron rayonunda                 012 3410499
Qubadlı  rayonu üzrə               018 6483392
Şuşa rayonu üzrə                     012 4584688
Zəngilan rayonu üzrə               012 4326166
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.





23/01/17    Çap et