Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Terahers tezliklərdən istifadə məlumatların ötürülmə sürətini artıracaq


Taftsa Universitetinin mühəndisləri adi çip ölçüsündə yüksəksürətli modulyator yaradıblar. Modulyator otaq temperaturunda teraherslik tezliklərlə işləyə bilər. Aşağı voltlu qurğu sabit cərəyan tələb etmir. Yeni həll məlumatları bu gün mövcud olan texnologiyalarla müqayisədə daha sürətli ötürməyə imkan verir. Belə texnologiya tətbiq edildiyi halda  istifadəçi cihazlarından internetə giriş daha sürətli olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, ölçmələrin nəticəsinə əsasən, yeni cihazın modulyasiyasının maksimum tezliyi 14 QHs-i ötüb. “Scientific Reports” onlayn nəşrinə əsasən, sözügedən qurğu 1 THs-dən yuxarı tezliklə işləyə bilər.

Emil Hüseynov





24/01/17    Çap et