Aparıcı smartfon brendləri öz qurğularında süni intellekt elementlərini tətbiq edəcəklər
Aparıcı smartfon istehsalçıları, o cümlədən “Apple”, “Samsung Electronics”, “Huawei”, “LG Electronics” və “Xiaomi” 2017-ci ildə süni intellekt elementləri ilə təchiz edilmiş modellərini təqdim etməklə qlobal smartfon bazarında öz mövqeyini möhkəmləndirməyə çalışacaqlar.
Çinin “Huawei” şirkəti “Alexa” şəxsi səs köməkçisini dəstəkləyən qabaqcıl “Huawei Mate 9” modelini nümayiş etdirib. Hazırda Çin şirkəti ən böyük smartfon brendlərinin reytinqində “Samsung” və “Apple”dan sonra üçüncü yeri tutur. “Huawei” şirkətinin rəsmiləri düşünürlər ki, qabaqcıl süni intellekt funksiyalarının tətbiqi bu sahədə liderlik uğrunda mübarizədə kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, rəqiblər, həmçinin yenilik axtarırlar. Məsələn, “Apple” 2016-cı ilin avqustunda süni intellekt sahəsində həllər üzərində məşğul olan Avstraliyanın “Turi” startapını satın alıb. Təxmin edilir ki, “Turi” texnologiyaları “Apple Siri” intellektual səs assistentinin funksionallığını təkmilləşdirəcək və bazar payını artırmağa kömək edəcək.
“TrendForce” şirkətinin analitikləri səsli idarəetmə sistemlərindən istifadəyə əsaslanan həllər bazarı həcminin 43% artımını proqnozlaşdırır. 2021-ci ildə sözügedən sahədə gəlirin həcmi 16 milyard dollara yaxınlaşacaq.
Emil Hüseynov