Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB telefon çəkilişi üçün 50 faiz endirim elan edir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB)“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illik” yubileyi və “Azərbaycan Respublikasında telefon rabitəsinin yaranmasının 130 illiyi” ilə əlaqədar oktyabr ayının 1-dən dekabr ayının 10-a kimi texniki imkan olan kabelləşdirilmiş köhnə və yeni (yeni kabelləşdirilən binalardan və hava rabitə xətləri olan ərazilərdən başqa) binalarda əhali və təşkilatlara 1-ci və 2-ci telefon 50% güzəştli tariflə, 2 ədəd telefon çəkənlərə isə 3-cü telefonu pulsuz çəkmək üçün kampaniyaya başlayacaq.
Qeyd edək ki, BTRİB-in ATS-lərində istifadəçilərə müasir telefon rabitəsi xidmətlərinin göstərilməsi üçün quraşdırılmış tutumlardan hal-hazırda 150 minə yaxın nömrə resursu boşdur.
30/09/11 Çap et