Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 cəhdə qrafik açara müdaxilə mümkündür


Böyük Britaniyanın Lankaster Universiteti, Bat Universiteti və Çinin Şimal-Qərb Universitetinin mütəxəssisləri sübut ediblər ki, qrafik açar smartfonu kənar istifadəçilər tərəfindən blokdan çıxarmadan müdafiə etmir.

Mütəxəssislərin iddiasına görə, barmaq izi skanerləri, şifrə və ya rəqəmli PIN kod daha təhlükəsizdir. “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfon istifadəçilərinin təxminən 40%-i qrafik açarlardan istifadə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, hakerin sizin qarşınızda oturub smartfonu blokdan çıxarmaq üçün hərəkətlərinizi kameraya çəkdiyi  halda qurğunun ekranını görməyə ehtiyac yoxdur. Videonun təhlilində istifadə olunan proqram təminatı jestləri tanıyır.
Qrafik açar mürəkkəb olduğu halda proqram təminatı onu daha dəqiq “tanıyır”.

Proqram təminatı hər bir növbəti mərhələdə tanıma etibarlılığını yüksəldir.

Ekspertlər müəyyənləşdiriblər ki, 2.5 metrədək məsafədən videonu çəkmək mümkündür. Mütəxəssislər 120 unikal qrafik açarın tanınması üzrə sınaq keçiriblər və 95% halda kombinasiya düzgün tapılıb. Bu halda cəhdlərin sayı 5-dən çox olmayıb.

Emil Hüseynov





25/01/17    Çap et