Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinin süni intellekti başqa süni intellektlər yaradacaq


İndi kompüter təlimi, neyron şəbəkələri, süni intellekt və bu kimi istiqamətlər sahəsində mütəxəssislərə tələbat böyükdür. Amma yaxın vaxtlarda bu tendensiya dəyişə bilər. Bu sahədə aparıcı tədqiqatçılar yeni tendensiyanı başqa süni intellekt proqramı yaratmaq qabiliyyətinə malik süni intellekt əsasında işləyən proqram təminatının istifadəyə veriləcəyi ilə izah edirlər. Məsələn, “Google Brain” tədqiqat komandasının əməkdaşları dilin işlənməsi xidmətlərinin effektlilik səviyyəsinin yoxlanılması üçün kompüter təlimi əsasında işləyən sistemlərin yaradılması üçün proqram təminatı hazırlayıblar. Bu halda yenilik tərəfindən yazılmış proqram təminatı əvvəllər insanlar tərəfindən yazılmış proqramlarla müqayisədə öz işinin öhdəsindən daha yaxşı gəlir.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google Brain” tədqiqat qrupunun direktoru Ceff Din ötən həftə məlumat verib ki, gələcəkdə süni intellekt əsasında proqram təminatı hazırlayan proqram bu sahədə mütəxəssislərin müəyyən hissəsini tamamilə əvəz edə biləcək. O bildirib ki, avtomatlaşdırılmış kompüter təlimi onun komandasının tədqiqat xəttində ən perspektivli istiqamətlərdən biridir.

Hələ 1990-cı illərdə özü öyrənən sistemlərin tədqiqi ilə məşğul olmuş Monreal Universitetinin professoru Yoşia Bendjio deyib ki, indiki hesablama gücü və dərin təlim texnologiyasının əlçatanlığı ilə belə proqram təminatının yaradılması mümkündür. Amma o, həmçinin qeyd edib ki, belə həllər hələ ki ekstremal hesablama gücü tələb edir, buna görə süni intellektlə işləyən kompüter təlimi sahəsində mütəxəssislərin qismən əvəzetməsi haqda düşünmək hələ tezdir.

Emil Hüseynov





25/01/17    Çap et