Kibertəhlükəsizlik “CeBit-2017” sərgisinin diqqət mərkəzində olacaq
Hanoverdə (Almaniya) informasiya-kommunikasiya texnologiyalarına həsr edilən beynəlxalq “CeBit” sərgisinə ilkin baxış keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
euronews” resursuna istinadən yazır ki, martın 20-24-də keçiriləcək sahə üzrə dünyanın ən böyük sərgisinin əsas mövzularından biri kimi kibertəhlükəsizlik seçilib. Tədbirdə üç yüzdən çox şirkətin təhlükəsizliyin təmini üzrə həllər təqdim edəcəyi gözlənilir.
Bu il tərəfdaş ölkə rolunda sərgidə 120 şirkətlə iştirak edəcək Yaponiya çıxış edir.
Yaponiyanın Almaniyadakı səfiri Takeşi Yaqi bildirib ki, biz dünyanı təəccübləndirmək istəyirik və bizim robotlaşdırma, süni intellekt, avtonom avtomobil sürmə, eləcə də biometrik identifikasiya texnikası sahəsində çoxlu ideyalarımız var.
Sərgidə, həmçinin virtual reallıq sahəsində son texnologiyaların nümayişi planlaşdırılır.
Nizam Nuriyev