Elastik “OLED” displeylərə ucuz alternativ icad edilib
“iPhone” və “Huawei” şirkətinin məhsulu üçün aparıcı ekran tədarükçülərindən biri olan “Japan Display” (Yaponiyanın “Sony”, “Toshiba” və “Hitachi” şirkətlərinin birgə müəssisəsi) şirkəti maye kristal (“LCD”) texnologiyası əsasında elastik panellərin istehsal üsulunu ixtira edib. Yaponların yeni icadı üzvi “OLED” displeylərin ucuz alternatividir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, “Japan Display” tərəfindən icad olunmuş istehsal üsulu artıq mövcud texnologiya və texnoloji proseslərə əsaslanır, yəni fabrikləri yenidən yeni avadanlıqla təchiz etməyə ehtiyac yoxdur. 2018-ci ilədək bükülən “LCD” ekranların kütləvi buraxılışı planlaşdırılır.
“Japan Display” şirkətinin əsas əməliyyat direktoru Syudzi Aruqa deyib ki, yeni panellər “OLED” displeylər kimi elastik olmasa da, ancaq istehsalçılar “Galaxy Edge” fabletində olduğu kimi, displeylər istehsal etmək imkanına malik olacaqlar.
Emil Hüseynov