Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox 8” səyyahının beta versiyası çıxıb


“Mozilla” bir gün əvvəl “Firefox 8” səyyahının ilk beta versiyasını təqdim edib. Səyyahın 7-ci versiyasının relizi bir neçə gün əvvəl olub. “Firefox 8” səyyahının beta versiyasının çıxarılması ilə eyni anda “Firefox 7” istifadəçiləri üçün 7.0.1 versiyası da təqdim olunub. “Firefox 8” səyyahının son versiyasının relizi noyabr ayının ortalarına gözlənilir.

“Mozilla” şirkətindən bildiriblər ki, yeni versiyaların çıxışının həddindən artıq sürətli olması ilə bir sıra istifadəçilər tərəfindən tənqidə baxmayaraq, tərtibatçılar hələ bu sürət tempini (hər yeni versiya – 1ayyarım və ya 2 ay ərzində çıxarılır) dəyişdirməyə hazırlaşmırlar, çünki rəqabətə davamlı olmaq üçün belə lazımdır".

“Firefox” səyyahının 8-ci versiyasında gözlənilən yeniliklərə gəlincə, burda “Twitter” şəbəkəsi, xüsusilə onun heş-teqlərinə görə axtarış dəstəyi olacaq.

“Android” versiyada saxlanılan loqin və şifrələrin əlavə müdafiə imkanı olacaq. Həmçinin 8-ci versiyada “HTML 5” və “WebGL” texnologiyaları daha yaxşı dəstəklənəcək.




30/09/11    Çap et