Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom.net” internet xidmətləri tariflərini endirdi


Azərbaycanın dövlət internet provayderi “Aztelekom.net” oktyabr ayının 1-dən etibarən internet xidmətlərində endirim tətbiq edəcək. Əvvəllər qoşulma haqqı 5 manat təşkil edirdisə, gələn aydan buna görə ödəniş tələb olunmayacaq.

Yeni tariflərə əsasən, indiyə qədər internetə qoşulmuş istifadəçilərə verilən kanal sürəti artırılacaq.

Müqayisə üçün bildirək ki, hazırda 512kbit/s ilə internet xidmətindən istifadə edərək 15 manat ödəyən abunəçilərə oktyabr ayının 1-dən 1024kbit/s sürət veriləcək.

256kbit/s kanal sürəti isə ləğv olunacaq, əvvəllər 256kbit/s ilə qoşulan istifadəçilər 512kbit/s sürət ilə internetə daxil ola biləcəklər. Yeni qoşulan abunəçilər isə aşağıda göstərilən cədvəldəki yeni tariflərlə aylıq abunə haqqı ödəyəcəklər.

ADSL xidmətinin yeni tarifləri:
No
Kanalın sürəti Kbit/san
Genişzolaqlı xəttin instalyasiya haqqı, manat
Aylıq abunə haqqı, manat
1
512
0
10
2
1024
0
15
3
2048
0
20
4
3072
0
25
5
4096
0
30
6
5120
0
40
7
6144
0
60
8
8192
0
80
9
10240
0
95






30/09/11    Çap et