“Apple” smartfon bazarında birinci yeri tutub
"Strategy Analytics" analitik şirkətinin hesabatına görə, "Apple" şirkəti 2016-cı ilin son 3 ayı ərzində "Samsung" şirkəti ilə müqayisədə bazara daha çox smartfon tədarük edib.
Analitik şirkətin məlumatına görə, Kaliforniya firması ötən ilin son rübündə 78.3 milyon "ayfon", Cənubi Koreya şirkəti isə 77.5 milyon smartfon satmağa nail olub. "Apple" şirkətinin bazar payı 17.8%, "Samsung"da isə 17.7% təşkil edib.
"ICTnews" Elektron Xəbər Xidməti
hitech.vesti.ru saytına istinadən yazır ki, lakin ötən ilin yekununa görə "Samsung" şirkəti lider olub: 2016-cı ilin nəticəsinə görə smartfon bazarında sözügedən şirkətin payı 20.8%, "Apple"da isə 14.5% olub. "Samsung"un nasaz akkumulyatorlar səbəbindən "Galaxy Note 7" smartfonunun satışından imtinası dördüncü rübdə nəticələrə təsir edib. Bir çox istehlakçılar belə vəziyyətdə "Apple" və ya Çin şirkətlərinin məhsuluna üstünlük veriblər.
"Strategy Analytics" şirkəti tərəfindən tərtib edilmiş reytinqdə ilk beşlikdə sonrakı yerləri Çin istehsalçıları tutublar.
2016-cı ilin son 3 ayı ərzində istehsalçılar 439 milyon smartfon, bir il ərzində isə 1.5 milyard tədarük ediblər ki, bu da 2015-ci illə müqayisədə 3% daha çoxdur.
Emil Hüseynov