Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonun şarjını 7 dəqiqəyə dolduran qurğu təqdim olunub


Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir. Mütəxəssislər bildiriblər ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur. Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6x76.2x11.9 mm, çəkisi 196 qramdır.

İlkin sifariş zamanı yeni cihazın dəyəri 59 dollardır. “NitroQ” akkumulyatorlarının ilk tədarükü artıq cari ilin avqustunda başlanılacaq.

Emil Hüseynov







03/02/17    Çap et