Yeni “HTC” smartfonunun hansı prosessorla təchiz ediləcəyi məlum olub
İnternetdə Tayvanın məşhur “HTC” şirkətinin gələcək qabaqcıl “HTC 11” smartfonunun texniki xüsusiyyətlərini əks etdirən fotoşəkil yayılıb. Yeni qurğunun istifadəçiləri “Snapdragon 835” prosessorunun quraşdırılması sayəsində yüksək məhsuldarlıqla sevindirəcəyi gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, məlumata görə, “HTC 11” smartfonu “HTC Sense 9.0” interfeysli ən yeni “Android 7.12” əməliyyat sistemi ilə təchiz ediləcək.
Bildirilir ki, qurğunun məhsuldarlığını “Qualcomm” şirkətinin istehsalı olan ən müasir “Snapdragon 835” prosessoru təmin edəcək. Operativ yaddaşın tutumu 6 giqabayt, quraşdırılmış yaddaşın 128 giqabayt təşkil edəcək. Yaddaşın, həmçinin “MicroSD” kartı vasitəsilə genişləndirilməsi mümkün olacaq.
Bir müddət əvvəl “HTC” əsas fərqləndirici cəhəti əlavə ekran olan “U Ultra” smartfonunu təqdim edib. Qurğuda prosessor qismində kifayət qədər güclü olsa da, “Snapdragon 835”-dən geri qalan “Snapdragon 821” çipi çıxış edir.
Qeyd edək ki, “Snapdragon 835” prosessoru “Qualcomm” və “Samsung” şirkətlərinin birgə istehsalı olmaqla 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb. Prosessorda maksimum 2,45 giqahers takt tezlikli səkkiz “Kryo 280” nüvəsi quraşdırılıb. Prosessor “Adreno 540” qrafiki sürətləndiricisi və nəzəri baxımdan məlumatları saniyədə 1giqabit sürətində ötürə bilən “X16 LTE” modemi ilə birlikdə işləyir.
Nizam Nuriyev