Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” şirkəti “HP”-dən “Palm” aktivlərini almaq istəyir
Veb-mənbələrin məlumatına əsasən, “Amazon” internet mağazası “Palm” aktivlərini alması ilə bağlı “Hewlett-Packard” şirkəti ilə danışıqlar aparır.
“HP” şirkəti keçən ilin yazında “Palm”-ı “WebOS” əməliyyat sisteminə olan hüquqları əldə etmək üçün alıb; sazişin qiyməti 1,2 milyard dollar təşkil edib.
“HP” şirkəti “WebOS” əməliyyat sisteminə böyük ümidlər bağlayırdı, lakin avqust ayında “HP” gözlənilmədən elan etdi ki, “WebOS” əməliyyat sistemi ilə işləyən planşet və smartfonların satışları aşağı tələbata görə tamamilə dayandırılacaq.
Qeyri-rəsmi məlumatlara əsasən, mobil platformanı bir neçə şirkət almaq istəyir, lakin “Amazon” şirkətinin şansı daha yaxşıdır. Həm də qeyd edilib ki, “HP” şirkəti “Palm” aktivlərindən tezliklə qurtulmaq niyyətindədir.
01/10/11 Çap et