Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəffaf robot balıqçı yaradılıb


ABŞ alimləri balıq tuta bilən şəffaf robot balıqçı yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Massaçusets Universitetinin alimləri robotun yaradılması üzərində uzun müddət çalışıblar.

Konstruksiya insan tərəfindən idarə olunan əl şəklindən ibarətdir. Balığı tutaraq onu suyun yuxarı hissəsinə dartan robotun əsas hissəsinin şəffaf və təhlükəsiz hidrogeldən ibarət olmasına görə konstruksiyanı suda görmək çətindir. Robot bir-biri ilə birləşmiş elastik detallardan ibarətdir. Maye ötürülən zaman onlar insan əzələləri kimi yığılır. Belə iş sxemi sayəsində qurğunun balığın olmasını bildirən elektrik mühərrikinə ehtiyacı qalmır.

Robot balıqçının yaradıldığı hidrogelin insan sağlamlığı üçün təhlükə törətməməsinə görə elmi əməkdaşlar materialdan müxtəlif fəaliyyət sahələrində, o cümlədən tibdə tətbiq edilən müxtəlif qurğuların yaradılması üçün istifadə edirlər.

Nizam Nuriyev 





09/02/17    Çap et