Böyük Britaniya gələcəyin texnologiyalarının köməyi ilə öz dəmir yollarını müasirləşdirir
Böyük Britaniyanın dəmir yolu sənayesi “əşyalar interneti”, gözün qüzehi qişasının skaneri kimi yeni texnologiyalardan istifadə edərək sistemi yenidən qurmağa hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “
naked-science.ru” saytına istinadən yazır ki, Böyük Britaniyanın dəmir yolu sənayesində gözlənilən dəyişikliklər nəticəsində səfərlər daha rahat və sürətli olacaq. “Rail Delivery Group” dəmir yolu şirkətləri assosiasiyası sistemin yenilənməsi üzrə planını təqdim edib. Yeni strategiya bütün qatarların simsiz şəbəkənin köməyi ilə ümumi sistemə birləşdirilməsini nəzərdə tutur və qatarlar hər saniyə olduğu yer haqda məlumat mübadiləsi edəcək. Nəticədə dəmir yollarında mümkün tıxacları aradan qaldırmaq planlaşdırılır. Bundan başqa, qatarların müasirləşdirilməsi və sərnişinlərin şəxsiyyətinin biometrik eyniləşdirilməsi üçün smartfonlardan istifadə planı təqdim olunub.
Nəticədə üç əsas inkişaf istiqaməti təyin edilib. Birincisi, qatarlar üçün yeni oturacaq tiplərinin hazırlanmasıdır. Yeni oturacaqlar bir tərəfdən vaqonlarda oturacaq yerlərin sayını 20-30% artırmağa, digər tərəfdən, vaqonlarda ərazini 15-20% boşaltmağa imkan verəcək.
İkinci istiqamət kəsişmələrdə münaqişələri avtonom həll edən "ağıllı" qatar texnologiyalarının inkişafıdır. İstifadəçilərin smartfonunda saxlanılan rəqəmli biletlərin yaradılması son inkişaf istiqaməti olacaq.
Emil Hüseynov