Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “ağıllı” mayka nümayiş olunub


“Broadcast” şirkəti istifadəçilərə zamanla ayaqlaşmağa və bədən tonusunu saxlamağa imkan verən dünyanın ilk “ağıllı” maykasını nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, hazırda şirkət layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaqla məşğuldur. Bu ilin sonunadək planın həyata keçiriləcəyi təqdirdə amerikalılar artıq növbəti ildə “ağıllı” maykaları 70 dollara ala biləcəklər. Geyim vasitəsilə istifadəçilər olduqları yeri izləyə, qət edilən məsafənin təhlilini apara, çəkini saxlaya, qida qəbulunun vaxtına əməl edə biləcəklər. Maykaya quraşdırılmış cihaz, həmçinin sərf edilən kalorinin miqdarını, istifadəçinin məqsədinə nail olmaq üçün qət etdiyi pillələrin ümumi sayını hesablayır. Bundan başqa, “ağıllı” geyim konsepsiyası smartfonla tam sinxronlaşmanı nəzərdə tutur. Bunun sayəsində qurğu sahibi daim əhval-ruhiyyəsini izləyir, səhhətini yaxşılaşdırmaq üçün informasiyanı təhlil edir. Sinxronlaşdırma müddəti 15 dəqiqə təşkil edəcək və nəticədə aktual məlumatlar həmişə istifadəçinin telefon proqramında saxlanılacaq.

Mütəxəssislərin sözlərinə görə, “ağıllı” geyimin köməyi ilə qurğuların əldə və ya ayaqda daşınması zərurətini tam aradan qaldıracaq. Geyimi dəyişmək lazım gəldikdə isə cihazı digər maykaya, pencəyə və koftaya quraşdırmaq olar. Bu halda qurğu və istifadəçi arasında məsafənin az olması vacibdir. Belə qurğuların ilk prototiplərinin növbəti ildə satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 





10/02/17    Çap et