“WhatsApp” messencerində iki mərhələli autentifikasiya funksiyası istifadəyə verilib
"WhatsApp" tərtibatçıları "iOS", "Android" və "Windows" sistemlərində işləyən mobil tətbiqlər üçün iki mərhələli autentifikasiya funksiyasını istifadəyə veriblər. İstifadəçilər messencerə giriş üçün qoruma dərəcəsini əlavə etməklə bu seçimi aktivləşdirə biləcək. Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçinin sazlamalarında "Hesab" ("Аккаунт") → "İki mərhələli autentifikasiya" "Двухшаговая проверка" daxil olmaq lazımdır. Hesab sahibi 6 rəqəmli şifr yaratmalıdır. Giriş üçün "PIN" kod unudulduğu halda onu elektron ünvanın köməyi ilə bərpa etmək olar.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, istifadəçi telefon nömrəsi ilə bağlı əməliyyatlar yerinə yetirdikdə iki mərhələli autentifikasiya icra ediləcək.
Emil Hüseynov