Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerikalı alim mexaniki zədəyə davamlı akkumulyator yaradıb
Müxtəlif cihazların daxilində qurulmuş akkumulyatorlarla son dərəcə ehtiyatlı olmaq lazımdır, çünki istənilən mexaniki zədə yanğın və ya partlayışa səbəb ola bilər. Taftsa Universitetinin professoru Mayk Zimmerman bu problemin həlli ilə məşğul olub. Yeni batareyanı güclü zədələdikdə belə o partlamır. Müasir smartfon və başqa texnikada istifadə edilən adi litium-ion akkumulyatorlardan fərqli olaraq, Mayk Zimmermanın həlli yalnız təhlükəsiz deyil, həm də onu kəsdikdə belə normal işləməyə davam edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Mayk Zimmermanın ixtirası böyük potensiala malikdir, amma alim hələ iki ciddi problemi həll etməlidir. Hazırda belə akkumulyatorların etibarlılığını yoxlamaq və istismar müddətində ölçüsünün dəyişməsini aydınlaşdırmaq lazımdır.