Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin telefon məlumatları əsasında paltar yaradılacaq


Nyu-Yorkda keçiriləcək moda həftəsi ilə əlaqədar olaraq “Google” korporasiyası İsveçin “H&M” şirkəti ilə sıx əməkdaşlıq edərək ideal paltar yaratmaq üçün xüsusi proqram hazırlamaq niyyətindədir. Bu məqsədlə “Google” istifadəçilərin bütün telefon məlumatlarını diqqətlə izləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, əksər qızlar hər gün “nə geyinim” problemi ilə qarşılaşır. “Google” şirkəti smartfonlar üçün telefondan bütün lazımi məlumatı toplayaraq ideal paltar təklif edəcək xüsusi əlavə yaradaraq bu məsələdə onlara yardımçı olmaq qərarına gəlib. Bu, hər bir istifadəçi üçün fərdi yanaşma olacaq.

Hazırkı mərhələdə sınaqları keçirilən yeni proqram insanın həyat tərzinə tam nəzarət edə, onun haqqında məlumatlar toplaya (istifadəçinin harada və kiminlə vaxt keçirməsi) və bunun əsasında alınması mümkün olan unikal fərdi paltar variantı təklif edə bilir. Smartfon əlavəsinin bu il istifadəyə verilməsi gözlənilir.

Nizam Nuriyev 





14/02/17    Çap et