Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yumurta qabığından yeni nəsil sürətli yaddaş yaradılıb


Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “storage.cnews.ru” saytına istinadən yazır ki, Quyçjou Texnologiya İnstitutunda işləyən alimlərin məqaləsində yazılır ki, onlar yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll ediblər və yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər.

Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır (“ReRAM” – resistive random access memory). “ReRAM” adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik “RAM” və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.

Emil Hüseynov





15/02/17    Çap et