Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kasperski laboratoriyası” yeni əməliyyat sistemi təqdim edib


“Kasperski laboratoriyası” şirkəti şəbəkə avadanlığı, müxtəlif avtomatlaşdırılmış sistemlər və “Əşyalar interneti” üçün nəzərdə tutulan yeni “KasperskyOS 11-11” əməliyyat sistemini təqdim edib. Yeni sistem istifadəçilərin təhlükəsizliyinin qayğısına qalacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, şirkət rəhbəri bu yaxınlarda şəxsi bloqunda əməliyyat sisteminin buraxılışı barədə məlumat verib. Əməliyyat sisteminin əsasını tam yeni texnologiyalar təşkil edir.

Bildirilir ki, “OS X”, “Windows”, “Linux” və digər sistemlərdə daha çox rahatlıq və universallıq, yeni proqramların hazırlanmasının sadələşdirilmiş variantı olduğu halda “Kasperski laboratoriyası” ilk növbədə istifadəçilərin təhlükəsizliyinin qayğısına qalıb. Yeni sistemin tərkibinə hipervizor, sistem faylları və vacib komponentlərin mühafizəsi üçün xüsusi alətlər daxildir.

Nizam Nuriyev 





18/02/17    Çap et