Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG G6” ikitərəfli enlibucaqlı kamera ilə təchiz ediləcək


Cənubi Koreyanın “LG” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək “LG G6” smartfonunun ikitərəfli enlibucaqlı kamera ilə təchiz ediləcəyini bildiriblər. 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, smartfon tərtibatçılar tərəfindən “Instagram” sosial şəbəkəsi üçün ideal qurğu kimi qələmə verilir. Belə bəyanatların verilməsinə optikanın yeni funksional imkanları səbəb olub. Belə ki, yeni qurğunun 13 meqapikselli əsas kamerasının baxış bucağı 125 dərəcə, ön kameranın isə 100 dərəcə təşkil edəcək. Ekspertlərin sözlərinə görə, kameranın yeni imkanları kiçik pozmalar olmadan 1:1 nisbətində fotoşəkillər çəkməyə şərait yaradır.  

Məlumata görə, “LG G6” 5,7 düym ölçüdə unikal “QHD+ LCD” ekranı və 18:9 tərəf nisbəti ilə təchiz olunacaq. Smartfonun əvvəlki versiyası 16:9 nisbətli 5,3 düymlü “QHD” ekrana malik olub.

Yeni qurğunun geniş ictimaiyyətə fevralın 27-dən martın 2-dək Barselonada (İspaniya) keçiriləcək “MWC” 2017” beynəlxalq sərgisi çərçivəsində təqdim ediləcəyi gözlənilir.

Nizam Nuriyev 





21/02/17    Çap et