Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Otaq daxilində qurğuların enerji ilə simsiz doldurulması üsulu yaradılıb
“Disney Research” laboratoriyasında alimlər qrupu tərəfindən otaq daxilində elektron qurğuların şarjının doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemi hazırlanıb. Bu metod "kvazistatik rezonans boşluq" (“QSCR”) adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, yeni metodun işini nümayiş etdirmək üçün laboratoriyada 5x5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaq daxilində bir neçə mobil telefonu daima enerji ilə dolduran, ventilyasiya və otağın daxili işıqlandırmasını enerji ilə təmin edən maqnit dalğaları yaradılıb.
Alimlər artıq 100 ildən çoxdur ki enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. 19-cu əsrin 90-cı illərində Nikola Teslanın möhtəşəm sınaqlarını xatırlamaq kifayətdir O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.