Avropada “Windows 10” sisteminin təhlükəsizliyi narahatlıq doğurur
Avropa İttifaqının məxfi informasiyanın mühafizəsinə nəzarət üzrə tənzimləyici orqanı “29-cu maddə üzrə işçi qrupu” (Article 29 Working Party, 29WP) “Microsoft” korporasiyasının istifadəçi məlumatlarının mühafizəsi məsələsinin qismən həll olunmasını bəyan etməsinə baxmayaraq “Windows 10” əməliyyat sisteminin məxfilik funksiyaları ilə bağlı narahatlığını ifadə edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, Avropanın 28 tənzimləyici orqanının nümayəndələrinin daxil olduğu qrup bəyanatla çıxış edərək “Windows 10” sistemində avtomatik quraşdırma parametrlərini və istifadəçilərin fərdi məlumatları üzərində emalına nəzarətin olmamasını tənqid edib. Bəyanat çoxsaylı sorğular aparıldıqdan sonra verilib.
“Bu yaxınlarda milli səviyyədə keçirilən sorğuların nəticəsi olan yuxarıda qeyd edilən məlumatlar fonunda “Windows 10”-da təklif olunan dəyişiklikləri nəzərə alan işçi qrupu hələ də istifadəçilərin fərdi məlumatlarının mühafizə səviyyəsindən narahatdır”, - işçi qrupunun bəyanatında deyilir.
“Microsoft” korporasiyasının mətbuat xidməti bəyanatı şərh etməkdən imtina edib.
Nizam Nuriyev