Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Selfie” üçün ideal qurğu təqdim olunub


Populyar "Meitu" proqramının yaradıcıları məxsusi olaraq "selfie" çəkilişi üçün nəzərdə tutulan "Meitu T8" smartfonunu təqdim ediblər. Qurğunun ön kamerasının təsvir ölçüsü 12 meqapiksel, əsas kamerasının 21 meqapiksel təşkil edir.

"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, smartfonda "Xiaomi Redmi Pro 2" modelində quraşdırılan eyni sensordan  (Sony IMX362) istifadə olunub. O, avtomatik fokuslamanı iki dəfə tez quraşdırmağa imkan verir.

Fotoşəkillərin redaktəsi funksiyası şəkillərin yaxşılaşdırılması üçün süni intellekt texnologiyalarından istifadə edir. Sifətin tanınması sistemi fotoşəkildəki insanın yaşını, cinsini və dəri rəngini müəyyənləşdirir. Bu məlumatlar əsasında proqram müstəqil şəkildə daha əlverişli filtrləri seçir.

Ekran ölçüsü 5,2 düym, qiyməti 479 dollar təşkil edən smartfon 4 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaşla təchiz edilib.

Nizam Nuriyev





22/02/17    Çap et