Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il kiberhücumların sayında artım gözlənilir


Fransanın “Gemalto” şirkətinin ekspertləri 2017-ci ildə maliyyə qurumlarına və siyasi təşkilatlara qarşı həyata keçirilən kiberhücumların sayının artacağını proqnozlaşdırırlar. Mütəxəssislərin fikrincə, haker hücumları getdikcə daha mürəkkəb xarakter almaqla çətinliklə aşkarlanacaq. Cinayətkarlar həm siyasi motivləri, həm də qazanc istəklərini rəhbər tutacaqlar.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Gemalto” nümayəndəsi Ceyson Hartın sözlərinə görə, əvvəllər kibercinayətkarlar fərqli hərəkət edirdilər. Birinci nəsil hakerlər, sadəcə, məlumat bazalarından istifadə imkanının qarşısını alırdılar. Sonradan təhlükələrin inkişafı nəticəsində kibercinayətkarlar informasiya oğurluğuna maraq göstərməyə başladılar. İndi isə oğurlanmış məlumatlar bir sistemdən digərinə ötürülməzdən əvvəl modifikasiya edilir.

Bildirilir ki, təhlükəsizlik üçün artan təhdidləri populyarlaşması davam edən “Əşyalar interneti” (IoT) konsepsiyası törədir. C.Hart misal kimi ABŞ-ın “FitBit” “ağıllı” qurğular istehsalçısını göstərib.

Nizam Nuriyev





23/02/17    Çap et