Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İflic olmuş insan düşüncənin gücü ilə mətnin yığımı üzrə rekorda imza atıb


Stenford Universitetinin alimləri tərəfindən “BrainGate” elmi-tədqiqat konsorsiumu çərçivəsində hazırlanmış beyin implantının köməyilə iflic olmuş xəstə kompüterdə mətnin yığılması rekorduna imza ataraq əvvəlki dünya rekordunu 4 dəfə üstələyib.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, sözügedən texnologiya hərəkətlərə nəzarət edən və beyin siqnallarını qəbul edən baş beynin motorlu sahəsinə elektrodların tətbiqini nəzərdə tutur. Bundan sonra siqnallar virtual klaviaturada kursorun hərəkəti kimi interpretasiya olunur.

“BrainGate” konsorsiumu düşüncənin gücü ilə kompüteri idarəetmə sahəsində uzun müddətdir tədqiqatlar aparır. Bu texnologiya təkmilləşdirilir, hər dəfə kompüteri idarəetmə dəqiqliyi və sürəti artırılır.

Layihənin aparıcı iştirakçıları neyrocərrah Krişna Şenoy və həkim Ceymi Henderson ümid edirlər ki, əksər smartfonlarda istifadə edilən avtotamamlama funksiyasını əlavə etməklə rekordu yeniləmək mümkündür. Həmçinin alqoritmin optimallaşdırılması və simsiz rejimin tətbiqi üzərində işlər aparılır.

Emil Hüseynov







24/02/17    Çap et