Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəki-Zaqatala bölgəsində rabitə bərpa olunub


Bölgədə yağan yağış və baş vermiş qasırğa nəticəsində bütün sahələr kimi, rabitə və informasiya texnologiyaları sahəsinə də ziyan dəyib.
Şəki TKQ-nın rəisi Məhəmməd Əhmədovun verdiyi məlumata görə, baş vermiş təbii fəlakət nəticəsində Şəki-Oğuz istiqamətində rabitə dirəkləri aşıb, rayon üzrə 50-dən çox abunəçinin telefon xətti qırılıb. Rəis bildirib ki, işçi qüvvəsinin operativ tədbirləri nəticəsində qısa zaman kəsiyində problemin aradan qaldırılması mümkün olub.
Zaqatala TKQ-nın rəisi Məmməd Arazovun sözlərinə görə isə, rayon ərazisində bir çox yerlərdə iri gövdəli ağacların aşması nəticəsində rabitə xətlərinə ziyan dəyib. Həyata keçirilən təcili tədbirlər nəticəsində problem yerindəcə aradan qaldırılıb.
Qeyd edək ki, hazırda rayonda sabit hava şəraiti müşahidə olunur.




13/06/11    Çap et