Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il maliyyə fişinq hücumlarının sayında artım qeydə alınıb


"Kaspersky Lab" şirkəti 2016-cı ildə maliyyə fişinq hücumlarının sayının 2015-ci illə müqayisədə 13,14 faiz artaraq 47,48 faiz təşkil etməsini və bunun tədqiqat tarixində ən yüksək göstərici olmasını açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Payspace Magazine" resursuna istinadən yazır ki, fırıldaqçıların məqsədi sosial sığorta nömrələri, onlayn bankçılıq və ya ödəniş sistemlərinin login və parolları kimi məxfi maliyyə informasiyalarını toplayaraq qurbanın pullarını sərbəst şəkildə ələ keçirməkdir.

Məlumata görə, cinayətkarların qurbanları ən çox banklar olur: 25,76 faiz halda onlar saxta bank informasiyasından istifadə edirlər. Bu göstərici 2015-ci illə müqayisədə 8,31 faiz artıb.

Fişinq hücumlarının 11,55 faizi ödəniş sistemi istifadəçilərinə, 10,14 faizi onlayn istifadəçilərə qarşı yönəlib.
"Kaspersky Lab" ekspertləri kiberhücumların qarşısını almaq üçün istifadəçilərə aşağıdakıları tövsiyə edirlər:

-         Həmişə maliyyə informasiyasının daxil ediləcəyi internet saytının həqiqiliyini yoxlamaq,

-         İnternet bağlantısının "https" təhlükəsizlik protokolu ilə mühafizə olunmasını yoxlamaq,

-         Şübhəli istinadlara keçidlər etməmək və azacıq şübhələr yarandıqda bank adından elektron məktubda göstərilən bütün tələbləri yerinə yetirməmək,

-         Fişinqin tanınması və bloklanması üçün aktivləşmə funksiyalarının daxil olduğu mühafizə həllərindən istifadə etmək.

Nizam Nuriyev
 





25/02/17    Çap et