“Microsoft” korporasiyası yeni messencer təqdim edib
“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Kaizala” messenceri “WhatsApp” və “Telegram” messencerləri ilə rəqabət aparacaq.
“ICTnews” Elektron xəbər Xidməti “
dni24.com” saytına istinadən yazır ki, “Kaizala” proqramında çatlar çoxsaylı müxtəlif funksiyalara malikdir. Məsələn, messencer istifadəçilərə iş üçün müxtəlif vakansiyalar təklif etməyə, işə düzəltmə prosesini diqqətlə izləməyə, xəbərlər paylaşmağa, mesajlaşmağa imkan verir. İstifadəçilər, həmçinin konkret əraziyə bağlı fotoşəkillər dərc edə bilərlər.
“Kaizala” messencerinin istifadəçiləri eyni zamanda ən müxtəlif mövzular üzrə yeni sorğular yarada bilərlər. Bu proqram “Android”, “iOS”, “Windows 10” sistemlərində əlçatandır. Qeyd edək ki, “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş dördüncü messencerdir.
Emil Hüseynov