“LG G6” smartfonu rəsmən təqdim olunub
Müasir qurğuları ilə məşhur olan “LG” şirkəti Barselonada işinə başlayan “MWC 2017” istehlak texnologiyaları sərgisində “LG G6” smartfonunu təqdim edib.
“Snapdragon 821” prosessoru əsasında işləyən qurğu QHD+ (1440 x 2880 piksel) təsvir ölçülü 5,7 düymlü ekrana malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, “LG G6” yüksəkkeyfiyyətli foto və video çəkilişinə imkan verən geniş baxış bucaqlı 13 meqapikselli kamera ilə təchiz edilib. Bundan əlavə, 5 meqapikselli ön kamera funksionallığı yüksək səviyyədə təmin edəcək.
Məlumata görə, “Android” əməliyyat sisteminin sonuncu versiyasının quraşdırıldığı qurğunun batareyasının tutumu 3300 milliamper/saat təşkil edir. İstehsalçı smartfonun satışa nə vaxt çıxarılması və qiyməti barədə məlumat vermir.
Nizam Nuriyev