Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kodak” şirkəti müflisləşir


Son illər “Kodak” şirkətinin işləri heç də yaxşı getmir. 2007-ci ildən bəri şirkət 1,8 milyard dollar itirib və 2011-ci il iyun ayının 30-na olan vəziyyətə əsasən, onun hesabında ilin əvvəlində 1,6 milyard dollar olub.

“Kodak” şirkəti yayda kömək üçün “Lazard Ltd.” firmasına rəqəmsal şəkillərin emalı texnologiyaları ilə bağlı təxminən 1100 patentin satışı məqsədilə müraciət edib.

Bu hadisələrin fonunda isə “Kodak” şirkətinin müflis olması haqqında şayiələr yaranıb. Hərçənd ki 131 yaşlı şirkət bunu inkar edir, investorlar isə narahatdırlar.

Həmçinin bildirilir ki, səhmdarlar “Kodak” İdarə heyətinə şirkətin satış imkanını nəzərdən keçirmək xahişi ilə müraciət ediblər. Bazar iştirakçıları qeyd ediblər ki, “Kodak” 2007-ci ildən bəri gəlir əldə etmir, buna görə də maliyyə vəziyyətinin yaxşılaşması üçün mühüm tədbirlər lazımdır.




03/10/11    Çap et