“5G” şəbəkələri üçün dünyada ilk qiqabitlik sürətə malik smartfon təqdim olunub
Çinin "ZTE" şirkəti Barselonada keçirilən "MWC 2017" sərgisində dünyada 1 qiqabit internet sürətini dəstəkləyən "ZTE Gigabit Phone" smartfonunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-tech.mail.ru" saytına istinadən yazır ki, "ZTE Gigabit Phone" cihazı "Qualcomm Snapdragon 835" prosessoru (2.45 QHs takt tezlikli "Kryo 280" nüvəsinə malikdir) və "Adreno 540" qrafik çipseti ilə təchiz edilib.
ABŞ-ın mobil şəbəkələrində məlumatların ötürülməsi üzrə orta sürət 20 Mbit/s-dir. "ZTE Gigabit Phone" smartfonu məlumatları 50 dəfə yüksək, yəni 1 Qbit/s sürətlə qəbul edə bilir. Smartfondan məlumatların baza stansiyasına ötürülməsi üzrə pik sürət 150 Mbit/s-dir.
Məlumatların belə yüksək sürətlə ötürülməsi nə üçün lazımdır? Hər şeydən əvvəl, virtual reallıqda yüksək təsvir ölçüsünə malik sferik videonun yayımı və "bulud" saxlancından böyük tutumlu faylları yükləmək imkanına malik olmaq üçün belə sürət lazımdır.
"X16 LTE" modemi mobil şəbəkənin işini təmin edir.
Emil Hüseynov