Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il mobil rabitə abunəçilərinin sayı 5 milyardı ötəcək
“GSMA” Mobil Operatorlar Assosiasiyası 2017-ci ilin ortalarınadək dünyada mobil telefon istifadəçilərinin sayının beş milyardı ötəcəyini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Agence France-Presse” resursuna istinadən yazır ki, yeni mobil rabitə abunəçilərinin ümumi artımının təxminən yarısı Asiya ölkələrinin payına düşəcək. Növbəti üç il ərzində təkcə Hindistanda yeni abunəçilərin sayının 310 milyon artacağı gözlənilir.
Xatırladaq ki, 2016-cı ildə mobil rabitə abunəçilərinin sayı 4 milyard 800 milyon nəfər təşkil edib. 2020-ci ilədək mobil telefon istifadəçilərinin sayının 5 milyard 700 milyonadək artacağı proqnozlaşdırılır.
Nizam Nuriyev
28/02/17 Çap et