Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompüter qurğuları bazarında azalma gözlənilir


“IDC” analitik şirkətinin ekspertləri özündə ənənəvi fərdi kompüterləri (masaüstü, noutbuk və işçi stansiyalar, həmçinin planşetlər) birləşdirən qlobal fərdi kompüter (FK) qurğuları bazarında azalma proqnozlaşdırırlar.

Proqnoza görə, yuxarıda sadalanan kompüter texnikası növlərinin tədarük həcmi 2016-cı ildə 435 milyondan 2021-ci ildə 418,2 milyonadək azalacaq. Bunu nəzərə alaraq FK seqmentində orta illik artım tempinin mənfi 0.8% təşkil edəcəyi gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, araşdırmaya əsasən, 2016-2021-ci illərdə ənənəvi FK tədarükü  260,1-dən 252 milyonadək azalacaq. Beləliklə, bu seqment üzrə orta illik artım tempi mənfi 0.6% təşkil edəcək. Gözləntilərə görə, baxılan dövrün sonuna adi masaüstü sistem və noutbukların payı 2016-cı ildə 59.8%-ə qarşı 60,3% təşkil edəcək.

“IDC” analitik şirkətindən bildiriblər ki, adi planşetlərdən (yaxın illərdə tədarükü azalacaq və 2021-ci ildə 109,8 milyona düşəcək) fərqli olaraq, dəyişdirilə bilən klaviaturaya malik planşetlər seqmentində müsbət dinamika gözlənilir. Təxmin edilir ki, 2021-ci ildə klaviaturanın köməyi ilə noutbuka çevrilmək qabiliyyətinə malik planşetlər 2016-cı ildəki  5%-ə qarşı 13,4% bazar payına malik olacaqlar.

Emil Hüseynov





01/03/17    Çap et