Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3 rüb ərzində 823 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


2011-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 617 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 823 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 329 ədədi möhürlənib, 275 ədədi qeydiyyata salınıb, 192 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür, 27 ədədi silinib.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 88 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.




03/10/11    Çap et