Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Cənubi Koreyaya ezam olunur
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli Araşdırmalar Fondunun dəvəti ilə Cənubi Koreyaya ezam olunacaqlar. Məqsəd informasiya və şəbəkə təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Hər iki alim Cənubi Koreyaya 1 il müddətinə ezam olunacaq. Cari ilin sentyabr ayından etibarən Y.İmamverdiyev Yonse Universitetinin (Seul şəhəri) Biometrik Texnologiyalar Tədqiqat Mərkəzində (BERC), R.Şıxəliyev isə Seul Milli Universitetinin nəzdindəki Yeni Media və Kommunikasiya İnstitutunun “Kompyuter şəbəkələri və təhlükəsizlik” laboratoriyasında birgə tədqiqatlarda iştirak edəcəklər.
13/06/11 Çap et