Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2 TB tutumunda fləş kart satışa çıxarılıb


Cari ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş “CES 2017” sərgisində “Kingston” şirkəti “DataTraveler Ultimate GT” fləş kartlarının istehsal xəttini təqdim edib. 2 ay sonra yığcam “USB” daşıyıcılar satışa çıxarılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, xarakteristikalara əsasən, sink ərintisindən hazırlanmış zərbəyə davamlı korpusa malik fləş kart məlumatların 300 MB/s-dək oxuma və 200 MB/s-dək yazma sürətini təmin edir. 2 TB tutumunda olan fləş kart daşıyıcıda “4K” formatında 70 saatlıq video saxlamağa imkan verir.

1 TB tutumunda olan fləş kartın qiyməti 1319 ABŞ dolları, 2 TB-lıq modelin qiyməti isə 2273 dollar təşkil edir. Amma hələ ki şirkət fləş kartların qiymətinə endirim edib və onları müvafiq olaraq 942 və 1625 dollara satın almaq olar. Müqayisə üçün qeyd edək ki, ötən ilin payızında təqdim edilmiş 256 QB “SSD” daşıyıcı ilə təchiz edilmiş “Touch Bar” sensor panelinə malik 13 düymlük “Apple MacBook Pro” noutbukunun qiyməti 1800 dollar təşkil edir.

Emil Hüseynov







02/03/17    Çap et