Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti 32 milyon istifadəçinin hesabına müdaxilə edilməsi haqda xəbərdarlıq edib


“Yahoo!” şirkətinin məlumatına görə, hakerlər son 2 ildə saxta “cookie” fayllarının köməyi ilə 32 milyon hesaba müdaxilə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələrinin sözlərinə görə, son hücumlar 2014-cü il hadisələrinə görə məsuliyyət daşıyan dövlət tərəfindən dəstəklənən hakerlərin işi ola bilər. Xatırladaq ki, 2014-cü ildə haker hücumları nəticəsində 500 milyondan çox istifadəçinin hesabı ələ keçirilmişdi.

Şirkətdən bildirilib ki, hakerlər saxta “cookie” fayllarının köməyi ilə hesablara müdaxilə ediblər. “Yahoo!” saxta “cookie” faylları deaktiv edib və daha onlardan istifadə qeyri-mümkündür.

Emil Hüseynov





02/03/17    Çap et