Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gmail” xidməti qoşma faylların limitini 50 MB-dək artırıb


"Gmail" poçt xidməti qoşma fayllar üçün qoyulmuş məhdudiyyəti 2 dəfə artırıb. İndi istifadəçilər tutumu 50 MB-dək olan mesajlarla işləyə biləcəklər. Amma bu yenilik yalnız gələn poçt məktublarına aiddir.

"ICTnews" Elektron Xəbər Xidməti "macdigger.ru" saytına istinadən yazır ki, "Google" hesablarının sahibləri böyük tutumlu video və təqdimatları əvvəlki kimi bir-birinə göndərə bilməzlər. Məktub göndərən üçün məhdudiyyət əvvəlki kimi saxlanılıb. Göndərilən məktuba qoşulmuş faylın maksimum tutumu əvvəlki kimi 25 MB-dir.

"Google" şirkəti böyük tutumlu faylların göndərilməsi üçün tutumu 5 TB-dək olan faylları dəstəkləyən öz "bulud" xidmətindən istifadə etməyi tövsiyə edir.

"Gmail" elektron poçt xidmətinin istifadəçiləri "Google Drive" "bulud" məlumat saxlama sisteminə yüklənilmiş istənilən tutumlu faylın bağlantısını bir-birinə göndərə bilərlər.

Emil Hüseynov





03/03/17    Çap et