Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt sosial şəbəkədə intiharların qarşısını almağa kömək edəcək


“Facebook Live” canlı videoyayım servisinə intihar hallarının qarşısını almaq üçün alət quraşdırılacaq. Kompüter alqoritmləri real vaxt rejimində özünü öldürmək istəyən istifadəçiləri müəyyənləşdirməyə və onlara çətin həyat şəraitindən çıxmaq üçün üsullar təklif etməyə başlayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, sistem birbaşa efir zamanı deyilən intihar xarakterli ifadələri müəyyənləşdirdikdə istifadəçiyə psixoloji dəstək göstəriləcək. Məsələn, “Facebook” özünü öldürmək istəyən istifadəçiyə etimad xidməti ilə əlaqə yaratmağı, yaxın insanla danışmağı və ya çətin anlardan çıxmağa kömək edəcək məsləhətləri oxumağı təklif edəcək.

Şəbəkədə dəstəyi ABŞ intiharların qarşısının alınması üzrə “Qaynar xətt”in və digər təşkilatların psixoloqları tərəfindən göstəriləcək. Bundan başqa, translyasiya müəllifinin davranışı dostlar və ya tamaşaçılarda narahatlıq doğurduqda onlara potensial intihar edənə kömək üçün “Facebook” əməkdaşı ilə əlaqə yaratmaq üçün imkan yaradılacaq.

Milli Tibbi Statistika Mərkəzinin məlumatına görə, ABŞ-da intihar hallarının sayı son 30 ildə ən yüksək səviyyəyə çatıb.

Nizam Nuriyev





04/03/17    Çap et