Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Galaxy S7” və “S7 Edge” smartfonlarının qiyməti rəsmən endirilib


Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy S7” və “S7 Edge” smartfonlarının pərakəndə satış qiymətinin endirilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin ABŞ seqmentinin rəsmi internet mağazasında dərc edilən məlumatda deyilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bundan sonra ötən ilin qabaqcıl model sırasından olan smartfonları 100 dollar ucuz əldə etmək mümkün olacaq.

Smartfonların pərakəndə satış qiymətinin azaldılması “Samsung”un yeni qabaqcıl “Galaxy S8” modelinin təqdimatı ərəfəsində anbar ehtiyatlarını boşaltmaq istəyi ilə izah olunur.

Maraqlıdır ki, smartfonların qiymətinin aşağı salınması yalnız Asiya və Şimali Amerika bazarına şamil edilib və Avropada smartfonların qiyməti dəyişməz qalıb.

Nizam Nuriyev 





09/03/17    Çap et