2017-ci ilin fevralı üzrə ən güclü smartfonlar məlum olub
Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən “AnTuTu”nun yaradıcıları 2017-ci ilin fevral ayı üzrə ən güclü smartfonların reytinqini dərc ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
dni24.com” saytına istinadən yazır ki, testlər zamanı 181807 bal toplamış “Apple iPhone 7 Plus” smartfonu reytinqdə birinci yeri tutub. 173575 bal toplamış “iPhone 7” qurğusu ikinci olub.
Çinin “OnePlus” şirkətinin “OnePlus 3T” aparatı reytinqdə üçüncü yerdə qərarlaşıb. Bu aparat 162423 bal toplayıb. Sözügedən reytinqin dördüncü və beşinci yerlərində “LeEco Le Pro 3” (159 026 bal) və “OnePlus 3” (153915 bal) qurğuları yerləşiblər.
Maraqlıdır ki, cari reytinq 2016-cı ilin yekun reytinqi ilə oxşardır. O vaxt “AnTuTu” şirkətinin reytinqində ilk üç yeri, həmçinin “iPhone 7 Plus”, “iPhone 7” və “OnePlus 3T” tutmuşdu.
Emil Hüseynov