“Samsung” şirkəti “Galaxy S8” və “S8+” smartfonlarında “Infinity Display” adlı yeni ekrandan istifadə edəcək
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarına hazırlanmış yeni displeylər üçün patenti qeydiyyatdan keçirib. “Samsung”un qabaqcıl modelləri üçün hazırlanmış yeni displeylər “Infinity Display” adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
dni24.com” saytına istinadən yazır ki, məlumata görə, “Samsung” şirkətinin nümayəndələri ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə “USPTO”) “Infinity Display” adlı yeni brendin qeydiyyatı üçün ərizə veriblər. Ekspertlərin fikrincə, yeni həll “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarının son modellərində tətbiq ediləcək.
“Samsung” şirkəti tərəfindən artıq təqdim edilmiş “Galaxy S8” modelində ekran, demək olar ki, bütün ön paneli tutur, buna görə yeni “Infinity Display” ekranlarının tətbiqi başadüşüləndir.
Cənubi Koreya istehsalçısının məlumatına görə, cari ilin 10 aprel tarixindən etibarən yeni “Infinity Display” ekranları üçün ilkin sifarişlərin qəbuluna başlanılacaq, iki həftə sonra isə sözügedən ekranlar satışa çıxarılacaq.
Emil Hüseynov