Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvansız şəhərdə poçtalyon əzabı


Küçələrin çoxu adsız, evlərsə nömrəsiz olan Kabildə poçtalyon işləmək əzabdır. Əfqanıstanın Kabil şəhərinə ünvanlanan məktubların üstünə adətən belə yazılır: ”Darul Aman meydanı arxasında yaşayan cənab X-ə çatacaq”, “Ömər məscidinin arxasında yaşayan filankəs” və s.

Poçtalyon Əhməd Omid BBC-yə müsahibəsində belə deyib: “Ünvanlar həmişə qarışıq yazılır. Sanki mən məktubu alacaq şəxsin əmisi oğluyam. Bəzən bir məktubu vermək üçün yarım gün vaxt sərf edirsən”.

Bu problemi həll etmək üçün insanlar İnternetlə yazışmağı tərcih edirlər. Hazırda Kabilin xəritəsi hazırlanır və poçt indeksləri tətbiq edilir. Lakin insanlar yeni sistemə hələ uyğunlaşa bilmirlər.




04/10/11    Çap et